15:11 25-10-2021
news_image
147
FUTBOL

“Çelsi”nin futbolçusu 4 klubda danışıq aparır

“Çelsi”nin müdafiəçisi Antonio Rudiger Avropanın digər nəhəng klublarından təkliflər almağa başlayıb.

Apasport.az saytının məlumatına görə, bunu 28 yaşlı futbolçunun nümayəndəsi açıqlayıb.

Almaniya millisinin üzvünə yaxınlığı ilə bilinən həmin şəxs konkret 4 klubdan təklif gəldiyini bildirib. Bunlar “Yuventus”, “Mançester Siti”, “Tottenhem” və PSJ-dir. Mərkəz müdafiəçisinin meneceri adıçəkilən klublarla danışığa başlayıb.

Onun “Çelsi” ilə mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləmək niyyəti yoxdur.