15:47 25-10-2021
news_image
294
FUTBOL

Avrokuboklarda qol buraxmayan 5 klub – siyahıda “Qalatasaray” da var

2021/22 mövsümündə avrokubokların qrup mərhələsində qol buraxmayan klubların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 3 tur geridə qalsa da, cəmi 5 klub qapısının toxunulmazlığını qorumağı bacarıb.

Onlardan yalnız biri Azərbaycan təmsilçisi “Qarabağ”ın da mübarizə apardığı Konfrans Liqasında qol buraxmadan yoluna davam edir.

“Bavariya”
Çempionlar Liqası: “Barselona” – 3:0, “Benfika” – 4:0, “Dinamo” (Kiyev) – 5:0

“Yuventus”
Çempionlar Liqası: “Malmö” – 3:0, “Çelsi” – 1:0, “Zenit” – 1:0

“Qalatasaray”
Avropa Liqası: “Latsio” – 1:0, “Lokomotiv” (Moskva) – 1:0, “Marsel” – 0:0

“Vest Hem”
Avropa Liqası: “Dinamo” (Zaqreb) – 2:0, “Rapid” (Vyana) – 2:0, “Genk” – 3:0

“Gent”
Konfrans Liqası: “Flora” – 1:0, “Partizan” – 1:0, “Anortosis” – 2:0