16:32 25-10-2021
news_image
177
FUTBOL

Premyer Liqa tarixinin ən qolçu afrikalıları – Salah liderliyə yüksəldi

İngiltərə Premyer Liqası tarixində ən çox qol vuran afrikalı futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, dünən “Mançester Yunayted”lə səfər matçında het-trikə imza atan “Liverpul”un hücumçusu Məhəmməd Salah bu baxımdan liderliyə yüksəlib.

Premyer Liqada qol sayını 107-yə yüksəldən misirli ulduz futbolçu “Çelsi”nin sabiq forvardı Didye Droqbanı geridə qoyaraq, rekordu ələ keçirib. İlk “üçlüy”ün son sakini isə Salahın komanda yoldaşı Sadio Manedir.

1. Məhəmməd Salah - 107 qol
2. Didye Droqba – 104
3. Sadio Mane – 100
4. Emmanuel Adebayor – 97
5. Yakubu Ayeqbeni – 95
6. Pyerr-Emerik Obameyanq – 68
7. Riyad Mahrez – 68