17:26 25-10-2021
news_image
139
FUTBOL

“Barselona” de Yonqu itirdi

“Barselona” aparıcı futbolçusu Frenki de Yonqu itirib.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü La Liqanın X turunda “Real”la matçda xəsarət alıb.

“Nou Kamp”dakı qarşılaşmanın 77-ci dəqiqəsində sağ baldır əzələsindən zədə alan 24 yaşlı orta sahə oyunçusunun durumu tibbi müayinədən sonra dəqiqləşəcək. Lakin onun bir müddət kollektivdən uzaq qalacağı dəqiqdir.

Qeyd edək ki, “Barselona” “El Klasiko”da “Real”a 1:2 hesabı ilə məğlub olub.