17:55 25-10-2021
news_image
123
FUTBOL

Haland üçün 2021-ci il bitib?

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland üçün 2021-ci il bitə bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə Almaniya mətbuatı xəbər yayıb.

Komandanın baş məşqçisi Marko Roze norveçli forvardın bir neçə həftə komandadan ayrı qalacağını açıqlamışdı. Lakin Halandın zədəsinin gözləniləndən də ciddi olduğu müəyyənləşib. Bu üzdən oyunçunun sağalma prosesinin gözləniləndən uzun çəkməsi gözlənilir.

Qeyd edək ki, Elinq Haland Bundesliqanın VIII turunda “Mayns”la qarşılaşmada zədələnib.