12:43 05-12-2021
news_image
366
FUTBOL

Futbolumuzda 13 darmadağın və yığmalarımıza 106 zərbə

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Azərbaycan futbol yığmaları 2021-ci ili başa vurub.

Apasport.az saytının məlumatına görə, ilin son matçı qələbə ilə nəticələnib.

Qadın yığmamız DÇ-2023-ün seçmə mərhələsinin Avropa zonasında Monteneqronu 1:0 hesabı ilə məğlub edib. Bu, Siyasət Əsgərovun yetirmələrinin tsikldəki 6-cı qarşılaşması olub. Yığma ardıcıl 5 məğlubiyyətdən sonra ilk xallarını qazanıb.

Ümumiyyətlə, bu il ölkəmizin 7 yığması 33 qarşılaşma keçirib. Əsas yığma dünya, U-21, U-19 və U-17 Avropa çempionatının seçmə mərhələsində oynayıb. Qızlardan ibarət U-19 və U-17 də qitə çempionatına vəsiqə uğrunda mübarizə aparıb.

Qadın millimiz ilə Avropa çempionatının seçmə oyunları ilə başlayıb və DÇ-2023-ün matçları ilə yekun vurub. Fevralda qeydə alınan ilk qələbə də, ötən ay qazanılan son qələbə də məhz onların hesabındadır.

İl ərzində 33 seçmə oyununda cəmi 3 qələbə əldə olunub. Fevralda qadınlar, noyabrda həm qadınlar, həm də oğlanlardan ibarət U-19 sevinib. 3 heç-heçəsi də olan millilər 27 dəfə uduzub. Bunun üçü texniki məğlubiyyətdir. Futbolçularımız koronavirusa yoluxduğundan U-17 hər üç matçda belə yenilgi alıb. Texniki nəticələr top fərqində nəzərə alınmamaqla 18 qol vuran yığma il ərzində 106 top buraxıb.

Futbolumuza hər üç qələbəni yerli məşqçilər qazandırıb. Siyasət Əsgərov qadınlarla, Elxan Abdullayev U-19-larla qələbə sevinci yaşayıb. Böyük pullar xərclənən xarici mütəxəssislər Canni de Byazi və Milan Obradoviç komandalarımızı 14 seçmə oyuna çıxarsa da, qələbəyə həsrət qalıb. Onların ümumi qazancı 2 xal olub. Yerli çalışdırıcılar isə 16 matçda qat-qat artığına nail olub. Onlar 7 xal toplayıblar. Digər üç görüş isə baş tutmayıb. Hərçənd həmin matçlarda da yerli mütəxəssis Aqil Nəbiyev komandasını sınağa çıxarmalı idi.

Kişi komandalarımızın yeganə uğurunu əldə edən U-19 ən böyükhesablı qələbəmizi qazanıb. Abdullayevin yetirmələri 2 top fərqi ilə qalib gəlib. Qadınlar isə hər iki görüşdə bir top fərqinə sevinib.

Məğlubiyyətlər isə daha ağır və çox olub. Komandalarımız 13 dəfə darmadağın olub. Ən acınacaqlı yenilgi 0:13 hesabı ilə qeydə alınıb. Həmçinin,  0:9, 0:8, 0:7 və iki dəfə 0:6-ya təsadüf olunub.

Əsas yığma
DÇ-2022-nin seçmə mərhələsi: 8 oyun, 1 heç-heçə, 7 məğlubiyyət, top fərqi 5-18

24.03.2021. Portuqaliya – Azərbaycan – 1:0
30.03.2021. Azərbaycan – Serbiya – 1:2
01.09.2021. Lüksemburq – Azərbaycan – 2:1
04.09.2021. İrlandiya – Azərbaycan – 1:1
07.09.2021. Azərbaycan – Portuqaliya – 0:3
09.10.2021. Azərbaycan – İrlandiya – 0:3
12.09.2021. Serbiya – Azərbaycan – 3:1
11.11.2021. Azərbaycan – Lüksemburq – 1:3

U-21
AVRO-2023-ün seçmə mərhələsi: 6 oyun, 1 heç-heçə, 5 məğlubiyyət, top fərqi 3-19

02.09.2021. Xorvatiya – Azərbaycan – 2:0
07.09.2021. Avstriya – Azərbaycan – 6:0
08.10.2021. Azərbaycan – Finlandiya – 1:1
12.10.2021. Azərbaycan – Xorvatiya – 1:5
12.11.2021. Azərbaycan – Avstriya – 0:3
16.11.2021. Azərbaycan – Norveç – 1:2

U-19 
AVRO-2022-nin seçmə mərhələsi: 3 oyun, 1 qələbə, 2 məğlubiyyət, top fərqi 3-11

10.11.2021. Belçika – 1:5
13.11.2021. İspaniya – 0:6
16.11.2021. Lüksemburq – 2:0
25.11.2021. Azərbaycan – Rusiya – 0:4
30.11.2021. Azərbaycan – Monteneqro – 1:0

U-17
AVRO-2022-nin seçmə mərhələsi: 3 oyun, 3 məğlubiyyət (koronavirusa görə)

06.10.2021. Norveç - -:+
09.10.2021. Belçika - -:+
12.10.2021. Lüksemburq - -:+

Qadınlar
AVRO-2022-nin seçmə mərhələsi: 2 oyun, 1 qələbə, 1 məğlubiyyət, top fərqi 1-13

18.02.2021. Azərbaycan – İspaniya – 0:13
23.02.2021. Azərbaycan – Moldova – 1:0
DÇ-2023-ün seçmə mərhələsi: 4 oyun, 4 məğlubiyyət, top fərqi 1-14
17.09.2021. Rusiya – Azərbaycan – 2:0
21.09.2021. Azərbaycan – Danimarka – 0:8
21.10.2021. Monteneqro – Azərbaycan – 2:0
26.10.2021. Azərbaycan – Malta – 1:2

U-19 (qızlar)
AVRO-2022-nin seçmə mərhələsi: 3 oyun, 3 məğlubiyyət, top fərqi 0-18

20.10.2021. Norveç – 0:7
23.10.2021. İtaliya – 0:9
26.10.2021. Polşa – 0:2

U-17 (qızlar)
AVRO-2022-nin seçmə mərhələsi: 2 oyun, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi 4-9

27.09.2021. Monteneqro – 1:6
30.09.2021. Albaniya – 3:3

Vüqar Xeyrullayev

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur