22:33 21-11-2021
news_image
2627
FUTBOL

Mahir Emrelinin komandası yenə uduzdu, son pilləyə şərik oldu

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandası “Legiya” növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisi Polşa Ekstraklasasının XV tur matçına çıxıb.

Marek Qolobyevskinin yetirmələri Zabjedə “Qornik”in qonağı olub. Biabırçı mövsüm keçirən “Legiya” birinci hissədə qapısında iki cavabsız top görüb. Qollardan birinin müəllifi məşhur almaniyalı Lukaş Podolski olub.

Fasilədən sonra üç dəyişikliyə əl atan baş məşqçi Mahir Emrelini də meydana buraxıb. Bu əvəzləmələr tezliklə öz bəhrəsini verib və komanda üç dəqiqə ərzində 2 qol vurub. Lakin çempionun geridönüşə gücü çatmayıb. Əvəzində “Qornik” 90+6-cı dəqiqədə qarşılaşmada son nöqtəni qoyub.

Səfərdə 2:3 hesabı ilə məğlub olan “Legiya” hazırda 9 xalla turnir cədvəlində artıq son pilləyə şərikdir.