00:00 24-11-2021
news_image
412
DİGƏR NÖVLƏR

Dünyada 46-cı – Azərbaycan

Beynəlxalq yarışların nəticələrini özündə əks etdirən qlobal dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan planetin 46-cısıdır.

Aktivində 307 xal olan ölkəmiz 6 pillə irəliləyib. İdmançılarımız Avropada 27-ci sırada qərarlaşıb. 

Cədvələ ABŞ başçılıq edir – 6563 xal. Yaponiya (3723) ikinci, Fransa (3557) üçüncüdür.

Azərbaycan 6 idman növündə xal toplamağı bacarıb. Yunan-Roma güləşində 87, sərbəst güləş və cüdoda 65, karatedə 64, boksda 17, bədii gimnastikada 10 xal əldə olunub.

Qeyd edək ki, Azərbaycan 2019-cu ildə 47-ci olub. 2020-ci ildə isə reytinq koronavirus pandemiyası üzündən hesablanmayıb.