10:00 25-11-2021
news_image
129
FUTBOL

Qol “maşını”: 82 ilin rekordu

“Liverpul” İngiltərə futbolunda tarixi nailiyyətə imza atıb.

Apasport.az saytının məlumatına görə, Yurgen Kloppun yetirmələri ardıcıl 16 oyundur ən azı 2 qol vurur.

Çempionlar Liqasının V turunun “Porto” ilə matçında iki cavabsız qolla qalib gələn mersisaydlılar son 82 ilin rekorduna imza atıb. İngiltərə klublarından heç biri bu müddətdə belə seriyaya imza atmayıb.

Bunu bacaran son komanda “Vulverhempton” olub. “Canavarlar” 1939-cu ildə belə uğura sahib çıxıb.

Qeyd edək ki, “Liverpul”un ikidən az qol vurduğu son matç avqustun 28-də “Çelsi”yə qarşı Premyer Liqa görüşü olub – 1:1.