13:38 25-11-2021
news_image
76
FUTBOL

Debüt üçün “Arsenal”ı gözləyir

Eddi Xaunun “Nyukasl”ın baş məşqçisi postundakı debütü Premyer Liqanın XIII turunda gerçəkləşə bilər.

Apasport.az saytının məlumatına görə, “Arsenal”la görüşün mütəxəssis üçün ilk sınaq olacağı gözlənilir.

Bunun üçün 43 yaşlı mütəxəssis karantindən çıxmalıdır. Koronavirusa yoluxması üzündən ötən həftədən təcrid olunan Xaunun testi mənfi nəticə verməlidir.

Qeyd edək ki, mütəxəssis noyabrın 8-dən “Nyukasl”ın baş məşqçisidir. O, “Brentford”la XII turun matçını (3:3) koronavirus üzündən buraxmalı olub.