14:37 25-11-2021
news_image
80
FUTBOL

Azərbaycan çempionatında yüksək temperatur səbəbindən təxirəsalma

Futzal üzrə Yüksək Liqanın IX turu çərçivəsində sabah keçirilməli olan “Xilə” – “Baku Fire” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb.

Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, buna səbəb birincilərin müraciəti olub.

“Xilə” bir neçə oyunçusunun səhhətində narahatlığın yaranması (yüksək temperatur) ilə bağlı federasiyaya müraciət edib. Bunu nəzərə alan qurum ölkə çempionatının matçını təxirə salınması ilə bağlı qərar qəbul edib.