13:13 28-11-2021
news_image
1102
FUTBOL

“Qarabağ”dan qol rekordu - avrokuboklarda

“Qarabağ” avrokuboklarda yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bir mövsümdə qrupda vurulan qol sayında mütləq rekord müəyyənləşib.

“Qarabağ” Konfrans Liqasının qrupunda 10 qola imza atıb. Bu, Azərbaycan futbolu tarixində ən yüksək göstəricidir.

Bunadək də rekord “Qarabağ”a məxsus idi. Qurban Qurbanovun yetirmələri 2019/20 mövsümündə 8 qola imza atmışdı. Ötən tur bu rekordu təkrarlayan ağdamlılar bu dəfə göstəricini daha da yaxşılaşdırıb. 

Qarşıda bir qrup matçı da olan “Qarabağ” rekordunu yeniləmək imkanına da malikdir. Düzdür, Konfrans Liqası digər iki turnirlə müqayisədə daha aşağı səviyyəli yarışdır. Lakin bu amil məhsuldarlıq rekorduna təsir etmir. Ən yüksək üç göstəricinin sahibi “Qarabağ”dır.

Qeyd edək ki, Azərbaycan klubları 11-ci dəfə qrupda oynayır. “Qarabağ” 8, “Qəbələ” 2, “Neftçi” 1 dəfə buna nail olub. 

2021/22

Qarabağ

10

Konfrans Liqası

2019/20

Qarabağ

8

Avropa Liqası

2016/17

Qarabağ

7

Avropa Liqası

2016/17

Qəbələ

5

Avropa Liqası

2012/13

Neftçi

4

Avropa Liqası

2015/16

Qarabağ

4

Avropa Liqası

2020/21

Qarabağ

4

Avropa Liqası

2014/15

Qarabağ

3

Avropa Liqası

2015/16

Qəbələ

2

Avropa Liqası

2017/18

Qarabağ

2

Çempionlar Liqası

2018/19

Qarabağ

2

Avropa Liqası