11:12 05-12-2021
news_image
269
FUTBOL

Ən dəyərli yaşlı “11-lik”

Dünyanın ən dəyərli yaşlı futbolçularından ibarət simvolik “11-lik” müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “KPMG Football Benchmark” yaşı 35 və daha çox olanlardan ibarət rəmzi komanda seçib.

4-4-2 sxeminə uyğun qurulan heyətin ən bahalı oyunçusu Kriştiano Ronaldodur. “Mançester Yunayted”in portuqaliyalı hücumçusunun transfer dəyəri 40,1 milyon avroya bərabərdir.

Qapıçı: Manuel Noyer
Klubu: “Bavariya”
Ölkəsi: Almaniya
Yaşı: 35
Transfer dəyəri: 13 milyon avro

Mərkəz müdafiəçisi: Tiaqo Silva
Klubu: “Çelsi”
Ölkəsi: Braziliya
Yaşı: 37
Transfer dəyəri: 2 milyon

Mərkəz müdafiəçisi: Serxio Ramos
Klubu: PSJ
Ölkəsi: İspaniya
Yaşı: 35
Transfer dəyəri: 10 milyon

Sol cinah müdafiəçisi: Kristian Ansaldi
Klubu: “Torino”
Ölkəsi: Argentina
Yaşı: 35
Transfer dəyəri: 1,2 milyon

Sağ cinah müdafiəçisi: Xesus Navas
Klubu: “Sevilya”
Ölkəsi: İspaniya
Yaşı: 35
Transfer dəyəri: 3 milyon

Yarımmüdafiəçi: Luka Modriç
Klubu: “Real”
Ölkəsi: Xorvatiya
Yaşı: 36
Transfer dəyəri: 8,2 milyon

Yarımmüdafiəçi: Joao Moutinyo
Klubu: “Vulverhempton”
Ölkəsi: Portuqaliya
Yaşı: 35
Transfer dəyəri: 2,9 milyon

Yarımmüdafiəçi: Ceyms Milner
Klubu: “Liverpul”
Ölkəsi: İngiltərə
Yaşı: 35
Transfer dəyəri: 2,4 milyon

Yarımmüdafiəçi: David Silva
Klubu: “Real Sosyedad”
Ölkəsi: İspanya
Yaşı: 35
Transfer dəyəri: 3,2 milyon

Hücumçu: Edin Dzeko
Klubu: “İnter”
Ölkəsi: Bosniya və Herseqovina
Yaşı: 35
Transfer dəyəri: 8,5 milyon

Hücumçu: Kriştiano Ronaldo
Klubu: “Mançester Yunayted”
Ölkəsi: Portuqaliya
Yaşı: 36
Transfer dəyəri: 40,1 milyon