13:37 30-11-2021
news_image
2618
FUTBOL

“Barselona”ya Azərbaycandan şərik

Avrokuboklarda mövsümün ən yaxşı komandaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” qitənin ən güclüləri sırasındadır.

Qurban Qurbanovun yetirmələri mövsüm ərzində artıq 9 xal toplayıb. Bu, Avropada 24-cü yerə şərik olmaq imkanı verib.

“Qarabağ” daha 9 klubla eyni göstəriciyə malikdir. Ağdamlıların şərikləri arasında təkcə “Barselona”nın adını çəkmək yetərlidir. İspaniya nəhəngi də mövsüm ərzində cəmi 9 xal yığıb.

“Sevilya”, “Vilyarreal”, “Betis”, “Atalanta”, “Bazel”, “Bodo Qlimt”, “Gent” və “Zalsburq”da 24-cü yerin şərikləri arasındadır. Daha aşağı pillələrdə “Porto”, “Benfika”, Dortmund “Borussiya”sı, “Latsio”, “Roma”, “Atletiko” və “Milan” kimi klublar da var.

Qeyd edək ki, mövsümün ən yaxşısı 19 xala malik “Liverpul”dur.