17:31 05-12-2021
news_image
137
FUTBOL

Klub karyerasının ən qolçu fransızları – “10-luq”

“Real”ın hücumçusu Kərim Benzema İspaniya La Liqasının XV turunda “Sevilya”ya qarşı keçirilən oyunda fərqlənməklə, klub karyerasında ən çox qol vuran fransalı futbolçu ünvanına sahib çıxıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun rekordunun uzun müddət qırılmayacağını proqnozlaşdırmaq olar.

Çünki karyerasını davam etdirən fransalı qolçular ondan çox geri qalır. Yaşının az olduğunu nəzərə alsaq, yalnız Kilian Mbappenin gələcəkdə rekordu ələ keçirməsini gözləmək olar. Lakin Mbappe də hələ ki, klub karyerasında ən çox qol vuran fransızların sıralamasında ilk “10-luq”dan kənardadır.

Ən məhsuldar 10 fransalı isə bunlardır:

1. Kərim Benzema - 361 qol
Oynadığı klublar: “Lion”, “Real”
Keçirdiyi oyun sayı: 725
Vurduğu qol sayı: 361

2. Tyerri Anri - 360 qol
Oynadığı klublar: “Monako”, “Yuventus”, “Arsenal”, “Barselona”, “Nyu York Red Bull”
Keçirdiyi oyun sayı: 778
Vurduğu qol sayı: 360

3. Cibril Sisse - 242 qol
Oynadığı klublar: “Oser”, “Liverpul”, “Marsel”, “Sanderlend”, “Panatinaikos”, “Latsio”, “Kuinz Park Reyncers”, “Əl-Qarafa”, “Kuban”, “Bastiya”, “Sent-Pyerroyse”, “İverdon Sport”, “PAO Çikaqo”
Keçirdiyi oyun sayı: 561
Vurduğu qol sayı: 242

4. David Trezege - 230 qol
Oynadığı klublar: “Platense”, “Monako”, “Yuventus”, “Herkules”, “Baniyas”, “River Pleyt”, “Nyuells Old Boys”, “Pune Siti”
Keçirdiyi oyun sayı: 442
Vurduğu qol sayı: 230

5. Antuan Qrizmann - 219 qol
Oynadığı klublar: “Real Sosyedad”, “Atletiko”, “Barselona”
Keçirdiyi oyun sayı: 535
Vurduğu qol sayı: 219

6. Bafetimbi Qomis - 212 qol
Oynadığı klublar: “Sent-Etyenn”, “Trua”, “Lion”, “Suonsi”, “Marsel”, “Qalatasaray”, “Əl-Hilal”
Keçirdiyi oyun sayı: 542
Vurduğu qol sayı: 212

7. Kevin Qameyro - 211 qol
Oynadığı klublar: “Strasburq”, “Loryen”, PSJ, “Sevilya”, “Atletiko”, “Valensiya”
Keçirdiyi oyun sayı: 605
Vurduğu qol sayı: 211

8. Nikolya Anelka - 204 qol
Oynadığı klublar: PSJ, “Arsenal”, “Real”, “Liverpul”, “Mançester Siti”, “Fənərbaxça”, “Bolton”, “Çelsi”, “Şanxay Şenxua”, “Yuventus”, “Vest Bromviç”, “Mumbay Siti”
Keçirdiyi oyun sayı: 628
Vurduğu qol sayı: 204

9. Aleksander Lyakazett - 197 qol
Oynadığı klublar: “Lion”, “Arsenal”
Keçirdiyi oyun sayı: 456
Vurduğu qol sayı: 197

10. Vissam Ben Yedder - 191 qol
Oynadığı klublar: “Alfortville”, “Tuluza”, “Sevilya”, “Monako”
Keçirdiyi oyun sayı: 406
Vurduğu qol sayı: 191