16:07 03-12-2021
news_image
1122
FUTBOL

Dani Kintana Azərbaycana qayıdır? – YALNIZ BİZDƏ

“Zirə” Azərbaycanda oynamış daha bir futbolçunu qaytarmağa hazırlaşır.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “Qarabağ”ın növbəti sabiq oyunçusu yenidən ölkəmizdə çıxış edə bilər.

Bir müddət əvvəl Riçard Almeydanı Azərbaycana qaytaran bakılıların baş məşqçisi Rəşad Sadıqov Ağdam klubunda birgə çıxış etdiyi daha bir futbolçunun xidmətində maraqlıdır. Söhbət ispaniyalı yarımmüdafiəçi Dani Kintanadan gedir. Bu ilin yayında “Yagelloniya” ilə anlaşan 34 yaşlı hücumameyilli futbolçu uzunmüddətli zədələr səbəbindən dünən polşalılarla müqaviləsinə xitam verib.

Artıq azad agent statusuna malik olan Kintana ilə “Zirə” arasında ilkin danışıq da olub. Anlaşmaya əsasən, oyunçunun zədə ilə bağlı problemləri ciddi olmasa, müqavilə imzalanacaq.

Qeyd edək ki, Dani Kintana 2015-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.