16:31 05-12-2021
news_image
127
FUTBOL

Dembeleyə son təklif olacaq

“Barselona” hücumçusu Usman Dembeleyə son təklifini etmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Fransa millisinin üzvünün məvacibinin artırılmasını vəd edəcək.

24 yaşlı ön xətt oyunçusu bu təklifi qəbul etməsə və ya sussa, rəhbərlik bir daha onunla bu barədə müzakirə aparmayacaq və komandadan gedişini qəbul edəcək. Bu baş verərsə, “Barsa” oyunçunu qış fasiləsində transferə çıxaracaq. Dembelenin meneceri artıq “Mançester Yunayted”, “Çelsi”, “Bavariya”, “Tottenhem” və “Yuventus”la da görüşüb, onların təkliflərini dinləyib.

Qeyd edək ki, 2017-ci ildən “Barselona”nın formasını geyinən Usman Dembelenin müqavilə müddəti mövsümün sonuna qədərdir.