18:43 05-12-2021
news_image
244
FUTBOL

“Neftçi”nin 4 futbolçusu üçün il bitdi

“Neftçi”nin zədəli futbolçuları üçün il bitib.

Apasport.az saytı xəbər verir ki, bu barədə paytaxt klubunun baş məşqçisi Samir Abasov məlumat verib.

Azərbaycan Premyer Liqasının XIII turunda “Sumqayıt”la (0:0) qarşılaşmadan sonra CBC Sport kanalına açıqlama verən 43 yaşlı mütəxəssis 4 oyunçunun “Qəbələ”yə qarşı ilin son görüşünü buraxacağını söyləyib.

O, seneqallı müdafiəçi Mamadu Mbodj, argentinalı yarımmüdafiəçi Xorxe Korrea və paraqvaylı pleymeyker Sezar Meza Kollinin zədədən əziyyət çəkdiyini, fransalı müdafiəçi Romen Baskın isə hərarətinin olduğunu söyləyib. Çalışdırıcı adıçəkilən futbolçuların Premyer Liqanın XIV turundakı görüşdə sərəncamında olmayacaqlarını bildirib.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu dekabrın 15-də keçiriləcək.