16:05 08-01-2022
news_image
1990
FUTBOL

Dmitri Çiqrinskiyə Azərbaycandan təklif – YALNIZ BİZDƏ

Ukrayna millisinin sabiq futbolçusu Dmitri Çiqrinski karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, tanınmış müdafiəçi “Sabah”ın maraq dairəsindədir.

Bakılılar hazırda Yunanıstanın Super Liqa klubu “İonikos”da çıxış edən 36 yaşlı arxa xətt oyunçusu ilə danışıq aparır. Rəhbərlik “İonikos”un aparıcı üzvünün transfer təqdirində yerli gənclərin təcrübə toplamasına yardımçı olacağını düşünür. Yunanıstan klubunda müntəzəm matçlarda iştirak edən Çiqrinski həm də yaşının çoxluğuna baxmayaraq, yaxşı formadadır.

Əsas problem onun ötən ilin sentyabrında keçdiyi “İonikos”la yaya qədər müqaviləsinin davam etməsidir. Həmçinin futbolçu özü də məvacibdə razı salınmalıdır.

Qeyd edək ki, Donetsk “Şaxtyor”undakı çıxışı ilə tanınan Dmitri Çiqrinski 2009/10 mövsümündə “Barselona”nın formasını geyinib. Müdafiəçi 2007-2011-ci illərdə Ukrayna millisinin heyətində 29 matçda iştirak edib.