16:21 13-01-2022
news_image
4298
FUTBOL

Atasının rəhbərliyi altında ən çox oynayanlar – Musa Qurbanlının düşə bilmədiyi SİYAHI

Futbol tarixində çox az halda hansısa futbolçu atasının rəhbərliyi altında çıxış edib.

Apasport.az saytının məlumatına görə, hazırda Azərbaycan Premyer Liqasında da bu hal yaşanır.

“Qarabağ”ın hücumçusu Musa Qurbanlının baş məşqçisi uzun müddətdir bu komandanı çalışdıran atası Qurban Qurbanovdur. Musa ümumilikdə indiyə qədər atasının rəhbərliyi altında 19 oyuna çıxıb, 7 qol vurub.

Keçmişdə də Azərbaycan futbolunda bu kimi hallar müşahidə olunub. Avropada uzun müddət atasının komandasında çıxış edən futbolçular da olub. Bu yazıda məhz atası tərəfindən meydana ən çox çıxan oyunçuların adlarını təqdim edirik.

1. Aleksandr Averyanov (SSRİ) – 244 oyun
2. Li Conson (İngiltərə) – 229
3. Yan-Morits Lixte (Almaniya) – 226
4. Yani Lyuski (Finlandiya) – 221
5. Yohan Qastien (Fransa) – 216
6. Sivert Heltne Nilsen (Norveç) – 188