10:19 14-01-2022
news_image
219
FUTBOL

Premyer Liqamızda +300 – “7-lik”

Azərbaycan Premyer Liqasında ən təcrübəli futbolçular müəyyənləşib.

Apasport.az saytının hesablamalarına görə, karyerasını Premyer Liqada davam etdirənlərdən yalnız 7-si burada 300 və ya daha çox oyun keçirib.

Çempionatın ən təcrübəlisi Rahid Əmirquliyevdir. Onun aktivində 431 matç var.

“Top-7”də “Sumqayıt”la “Keşlə”nin daha çox – hərəyə iki üzvü var. “Səbail”, “Qarabağ” və “Qəbələ”də bir belə oyunçu olub.

Bu təcrübəlilər üçün mövsümün ilk yarısı fərqli keçib. Rahid Əmirquliyev, Maksim Medvedev, Asif Məmmədov və Vurğun Hüseynov öz komandalarında kapitandır. Baxmayaraq ki, sonuncu nisbətən az görüşdə meydana çıxıb.

Digər iki oyunçu da Vurğun kimi əsasən ehtiyatda qalıb. Bunlar Tural Axundovla Elvin Məmmədovdur. Rail Məlikov isə mövsüm ərzində meydana çıxmayıb.

1. Rahid Əmirquliyev (Səbail) - 431
2. Elvin Məmmədov (Sumqayıt) - 340
3. Maksim Medvedev (Qarabağ) - 335
4. Asif Məmmədov (Qəbələ) - 333
5. Vurğun Hüseynov (Sumqayıt) - 333
6. Rail Məlikov    (Keşlə) - 328
7. Tural Axundov (Keşlə) – 306