18:57 14-01-2022
news_image
324
FUTBOL

“Neftçi” məğlubiyyətdən qurtuldu - YENİLƏNİB

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, paytaxt klubu “Kişvarda” ilə üz-üzə gəlib.

Son çempionun Macarıstan təmsilçisi ilə matçı “Emirhan Sports Complex Side” sadionunda olub. Görüşə sürətli başlayan macarlar erkən qollarla 2:0 önə keçib. Lakin bakılılar məğlubiyyətdən qurtulmağı bacarıb. İlk yarının sonlarında fərqi azaldan təmsilçimiz ikinci hissədə status-kvonu bərpa edib - 2:2.

Qeyd edək ki, yanvarın 25-dək Antalyada toplanışda olacaq “Neftçi” ayın 19-da “Visla” (Plotsk, Polşa), 24-də isə “MOİK 1948”lə (Bolqarıstan) qarşılaşacaq.

Yoxlama oyunu
14 yanvar
17:00. “Neftçi” – “Kişvarda” (Macarıstan) - 2:2

Qollar: Emin Mahmudov, 42, Ramin Nəsirli, 71
Antalya. “Emirhan Sports Complex Side” stadionu