17:57 14-01-2022
news_image
133
FUTBOL

Mata La Liqa yolunda

“Real Sosyedad” daha bir ulduz futbolçu ilə heyətini gücləndirə bilər.

Apasport.az saytının məlumatına görə, San-Sebastyan klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Xuan Matanın xidmətində maraqlıdır.

La Liqa təmsilçisi İspaniya millisinin üzvü ilə mövsümün sonunda azad agent kimi anlaşmağı planlaşdırır. Çünki 34 yaşlı orta sahə oyunçusunun “qırmızı şeytanlar”la sözləşməsi yayda bitəcək. “Real Sosyedad” rəhbərliyi indidən Matanın ilkin razılığını almağa çalışır. Ancaq başqa bir neçə İspaniya klubu da onu sərəncamında görmək fikrindədir.

Qeyd edək ki, Xuan Mata 2014-cü ildən “Mançester Yunayted”in formasını geyinir. O, 2007-2011-ci illərdə La Liqada “Valensiya”nın şərəfini qoruyub.